Rusiya buğdası Azərbaycan üzərindən tranzitlə Ermənistana göndəriləcək

Rusiya buğdası Azərbaycan üzərindən tranzitlə

Bu gün Rusiya mənşəli buğda yüklü qatar Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana yola salınacaq.

Məlumata görə, yük 5 vaqondan ibarətdir. Qatar Bakı şəhərində yerləşən Biləcəri Dəmiryol Stansiyasından hərəkətə başlayacaq. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyası vasitəsilə Gürcüstan ərazisinə daxil olacaq və buradan Ermənistan istiqamətində yolunu davam etdirəcək.

Qeyd edək ki, oxşar tranzit daşımalar mütəmadi olaraq həyata keçirilir. Belə ki, sonuncu dəfə martın 19-da Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 488 ton Rusiya taxılı göndərilib.

MONETAR.AZ