Azərbaycan XİN Türkiyəni Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Türkiyəni Zəfər Günü

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyəni 30 Avqust – Zəfər Günü münasibətilə təbrik edib.

Bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“30 Avqust – Türkiyə Respublikasının Zəfər Günü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi qəlbdən təbrik edirik. Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş xalqımızın sarsılmaz iradəsi, qətiyyəti və qəhrəmanlığı sayəsində qazanılmış tarixi Zəfəri qürurla qeyd edirik.

Zəfər Gününüz mübarək!”, – deyə Azərbaycan XİN-in təbrikində qeyd olunub.