ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilər ərəfəsində açıqlanan sorğular Demokratların həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlük əldə edə biləcəyini göstərir. Bununla belə, Senatda çoxluğun hansı partiyaya keçəcəyi bir neçə ştatda keçiriləcək səsvermənin nəticəsindən asılı olacaq.
Monetar.az xəbər verir ki, Senatda 8 ştatda rəqabət xüsusilə gərgin qiymətləndirilir. Respublikaçılar bu yerlərdən ən azı beşini qazanarsa, Senatda 50 yerə sahib ola bilərlər. Səs sayında bərabərlik yaranacağı təqdirdə isə vitse-prezident Cey. Di. Vensin əlavə səsi Respublikaçılara üstünlük qazandıra bilər.
Nümayəndələr Palatasında isə Demokratların mövqeyi daha güclü görünür. RCP-nin proqnozuna görə, Demokratlar 227, Respublikaçılar isə 180 yer əldə edə bilər. Qalan 28 yer uğrunda mübarizədə partiyalar arasında fərqin azaldığı bildirilir.
Qeyd edək ki, aralıq seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 100 yerindən 35-i yenidən seçiləcək. Hazırda Senatda Respublikaçıların 53, Demokratların 45, müstəqil senatorların isə 2 yeri var. Nümayəndələr Palatasında isə Respublikaçılar 218, Demokratlar 214, müstəqil namizəd 1 yerə sahibdir, 2 yer isə boşdur.