Bu gün Milli Məclisin plenar iclasında 10 məsələ müzakirə olunacaq

Bu gün Milli Məclisin plenar iclasında

Milli Məclisin növbəti plenar iclası noyabrın 3-də keçiriləcək. İclasın gündəliyinə 10 məsələ daxil edilib.

Monetar.az xəbər verir ki, gündəlikdə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatının qəbul edilməsi və İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) seçilməsi məsələləri yer alıb.

Deputatlar, həmçinin Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında müqaviləni və iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlığa dair sazişi müzakirə edəcəklər.

Bundan başqa, "Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında", eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara dəyişiklik layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

Gündəliyə hərbi xidmət, miqrasiya və inzibati xətalarla bağlı qanunvericiliyə dəyişikliklər də daxil edilib. "Elektron ticarət haqqında" qanuna dəyişiklik layihəsi isə birinci oxunuşda müzakirə olunacaq.