Qarşıdan gələn qeyri-iş günlərində malların gömrük rəsmiləşdirilməsində fasilələrin yaranmaması və əməliyyatların operativ şəkildə həyata keçirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları noyabrın 9-da və 10-da növbəli iş rejimində çalışacaq.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, müvafiq tədbir qeyri-iş günlərində də gömrük rəsmiləşdirilməsi prosesinin çevik və fasiləsiz təmin olunmasına xidmət edir.