İƏT ölkələri korrupsiyaya qarşı mübarizəni Bakıda müzakirə edəcək

İƏT ölkələri korrupsiyaya qarşı mübarizəni

Oktyabrın 28-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü keçiriləcək.

Monetar.az xəbər verir ki, görüşün əsas məqsədi İƏT-ə üzv ölkələr arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə yanaşmaların təşviqi və hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir.

Tədbirə hazırlıq məqsədilə oktyabrın 27-də Bakıda üzv dövlətlərin hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Görüşdə korrupsiyaya qarşı mübarizə ilə bağlı qətnamə layihələri və bəyanatlar müzakirə olunub.