İraqın Bəsrə körfəzində iki neft tankerindən birində baş verən partlayışdan sonra ölkədəki neft limanlarının fəaliyyətinin müvəqqəti dayandırıldığı bildirilib.
İraq Xəbər Agentliyi (INA)nə açıqlama verən İraq Limanlar Baş İdarəsinin rəhbəri Fərhan Fərtusi bildirib ki, hadisə nəticəsində iki tankerdən biri partlayıb.
Onun sözlərinə görə, hadisə yerindən 31 nəfər xilas edilib, itkin düşən şəxslərin axtarışı isə davam etdirilir.
Fərhan Fərtusi qeyd edib ki, partlayış səbəbindən ölkənin neft limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb. Bununla belə, kommersiya limanları fəaliyyətini davam etdirir.
Məlumata görə, tankerlərdən biri Malta bayrağı altında üzür.
Hücumu kimin həyata keçirdiyi isə hələlik məlum deyil.
MONETAR.AZ