Lionel Messi ikinci milyarder futbolçu olub

Lionel Messi ikinci milyarder

Səkkizqat “Qızıl top” sahibi, argentinalı futbolçu Lionel Messinin sərvəti 1 milyard dollar həddini keçib. Bloomberg-in məlumatına görə, o, portuqaliyalı Cristiano Ronaldodan sonra milyarder statusu qazanan ikinci futbolçu olub.

Məlumata əsasən, hazırda Inter Miami CF klubunda çıxış edən 38 yaşlı Messi maaş və bonus ödənişləri hesabına təxminən 700 milyon dollar qazanıb. Onun sərvətinin 1 milyard dolları keçməsində sponsor müqavilələri və digər gəlir mənbələri də mühüm rol oynayıb.

41 yaşlı Ronaldo isə milyarderlər siyahısına daxil edilərkən təxminən 1,4 milyard dollar sərvətə malik olub. Beşqat “Qızıl top” sahibi olan portuqaliyalı futbolçu 2022-ci ildən Al Nassr FC klubunda oynayır.

Messi “Inter Miami”yə keçməzdən əvvəl FC BarcelonaParis Saint-Germain F.C. komandalarının formasını geyinib. O, 2023-cü ildən Florida təmsilçisində çıxış edir.

Argentina milli komandasının heyətində Messi 2022-ci ildə dünya çempionu olub, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb. Bundan başqa, o, 2008-ci il Olimpiya Oyunlarının qızıl medalçısıdır.

Karyerası ərzində ümumilikdə 48 titul qazanan Messi futbol tarixinin ən titullu oyunçusu hesab olunur.

MONETAR.AZ