“Mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilib

“Mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 aprel tarixli 654 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 128 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 614 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 10 iyul tarixli 211 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1-ci bənddə və 6.1.3-cü yarımbənddə “mədəniyyət sənayesinin” sözləri “mədəni və yaradıcı sənayenin” sözləri ilə əvəz edilsin.

2. 6-cı hissənin adında və 6.1-ci bənddə “Mədəniyyət sənayesinin” sözləri “Mədəni və yaradıcı sənayenin” sözləri ilə əvəz edilsin.

3. 6.1.1-ci yarımbənddə “mədəniyyət, o cümlədən əyləncə sənayesinin” sözləri “mədəni və yaradıcı sənayenin” sözləri ilə əvəz edilsin.