2026-cı il avqustun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 781,1 min nəfər təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 min nəfər və ya 0,72 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla çalışanların 836,9 min nəfəri dövlət sektorunda, 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
İşçilərin iqtisadi fəaliyyət sahələri üzrə bölgüsündə ən böyük pay ticarət və nəqliyyat vasitələrinin təmiri sektorunun payına düşüb. Bu sahədə muzdla çalışanlar ümumi işçi sayının 18,9 faizini təşkil edib. Təhsil sahəsinin payı 17,5 faiz, sənayenin 13,9 faiz, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsinin 8,6 faiz, tikintinin isə 6,8 faiz olduğu açıqlanıb.
Muzdla çalışanların 6,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti sahələrində çalışıb.
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın ümumi muzdlu işçi sayında payı 2,3 faiz təşkil edib. İqtisadiyyatın digər sahələrində çalışanların xüsusi çəkisi isə 15,1 faiz olub.