ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı sentyabrın 11-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda keçiriləcək.
İmtahan saat 09:00-da başlayacaq. DİM-in məlumatına görə, iştirakçılar imtahanın başlanmasına ən azı bir saat qalmış imtahan binasının qarşısında olmalıdırlar. Namizədlər özləri ilə şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu gətirməlidirlər.
İmtahan DİM-in elektron imtahanlar korpusunda – Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında, TÜRKPA-nın yaxınlığında təşkil olunacaq.
DİM-in rəsmi məlumatına əsasən, kompüter əsaslı GRE imtahanında iştirak haqqı 240 ABŞ dollarıdır. İmtahanın rəsmi nəticələri, bir qayda olaraq, imtahan günündən təxminən 8-10 gün sonra ETS-in internet səhifəsində namizədlərin şəxsi hesablarında açıqlanır.
GRE General Test imtahanı və qeydiyyat qaydaları barədə ətraflı məlumatla DİM-in rəsmi səhifəsində tanış olmaq mümkündür.