OPEK 2026-cı il üzrə qlobal neft tələbatının artımı proqnozunu azaldıb

OPEK 2026-cı il üzrə qlobal neft tələbatının

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) 2026-cı ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu yenidən aşağı salıb. Təşkilatın bu gün açıqladığı aylıq hesabatına əsasən, tələbatın sutkada 380 min barel artacağı gözlənilir.

Bu, OPEK-in proqnozunu ardıcıl olaraq beşinci ayda aşağı salması deməkdir.

Bununla belə, OPEK qlobal neft istehlakının dinamikası ilə bağlı digər aparıcı analitik qurumlardan daha optimist mövqedə qalır. Beynəlxalq Enerji Agentliyi (IEA) İranla müharibənin neft istehlakına təsirini əsas gətirərək, 2026-cı ildə qlobal neft tələbatının azalacağını proqnozlaşdırır.

Hesabatda eyni zamanda OPEK-in 2027-ci il üzrə neft tələbatının artımı proqnozunu yüksəltdiyi qeyd olunur.

MONETAR.AZ