Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Monetar.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.