ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner bu gün Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüş keçirəcəklər. Danışıqlarda Ukraynanın təhlükəsizlik təminatları və müharibədən sonrakı bərpa planı müzakirə olunacaq.
Monetar.az xəbər verir ki, görüşdə hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyinin təmin edilməsi və ölkənin bərpası ilə bağlı məsələlərə diqqət yetiriləcək.
Qeyd olunur ki, həmin gün ABŞ Prezidenti Donald Tramp Çində Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə üçtərəfli danışıqlarda iştirak edəcək. Bununla yanaşı, Uitkoff və Kuşner Rusiya tərəfi ilə də təmasları davam etdirirlər.
Belə ki, amerikalı nümayəndələr bir gün əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığı aparıblar. Daha sonra onlar Ukrayna nümayəndələri, eləcə də Almaniya, Fransa, Böyük Britaniya, Polşa və İtaliyanın milli təhlükəsizlik üzrə müşavirləri ilə əlaqə saxlayıblar.