Dünyada sosial media istifadəçilərinin sayı 5,8 milyardı keçib

Dünyada sosial media istifadəçilərinin sayı

2026-cı ilin oktyabrında dünyada sosial media istifadəçi hesablarının sayı 5,81 milyarda çatıb. Eyni dövrdə internet istifadəçilərinin ümumi sayı 6,15 milyard nəfər təşkil edib.

Monetar.az xəbər verir ki, bu barədə Statista-nın dərc etdiyi məlumatlarda bildirilir.

Məlumata görə, 2026-cı ildə sosial medianın qlobal əhatə səviyyəsi 76,54%-ə yüksəlib. Bu göstərici sosial şəbəkələrin dünya əhalisinin gündəlik həyatında nə qədər geniş yer tutduğunu göstərir.

Sosial media artıq yalnız ünsiyyət vasitəsi deyil, həm də reklam, elektron ticarət və məhsulların tanıdılması üçün əsas platformalardan birinə çevrilib.

Araşdırmaya görə, 2026-cı ildə ABŞ-da istehlakçıların 54%-i məhsul və xidmətlər haqqında ideyaları sosial mediadan əldə etdiyini bildirib. Respondentlərin 35%-i isə məhsullar barədə məlumat toplamaq üçün sosial şəbəkələrdən istifadə edib