Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş bu gün Çinin Şençjen şəhərində keçiriləcək. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin plenar iclasından sonra baş tutacaq.
Monetar.az xəbər verir ki, görüşdə hər iki ölkədən bir neçə nümayəndənin iştirakı nəzərdə tutulur.
Putin və Tramp noyabrın 18-də keçirilən rəsmi qəbul zamanı qısa söhbət ediblər. Lakin liderlər yanaşı əyləşmədikləri üçün müzakirəni davam etdirmək imkanları olmayıb. Onun sözlərinə görə, ertəsi gün prezidentlərin ünsiyyəti üçün əlavə imkanlar yaranacaq.
Noyabrın 19-da Putin, Tramp və Çin lideri Si Cinpin arasında üçtərəfli görüşün də keçirilməsi planlaşdırılır. Bu görüş üçün maksimum bir saat vaxt ayrılıb.
Qeyd edək ki, noyabrın 18-də Putin və Si Cinpin arasında da danışıqlar keçirilib. Görüşdə beynəlxalq və regional məsələlər, o cümlədən Ukrayna münaqişəsinin nizamlanması müzakirə olunub.