19 noyabr Beynəlxalq Kişilər Günüdür - 60-dan çox ölkədə qeyd olunur

19 noyabr Beynəlxalq Kişilər Günüdür -

Hər il noyabrın 19-da dünyanın bir çox ölkəsində Beynəlxalq Kişilər Günü qeyd olunur. Bu gün kişilərin sağlamlığına diqqət çəkmək, onların cəmiyyətdə və ailədə rolunu vurğulamaq, gender bərabərliyinin təşviqinə töhfə vermək məqsədi daşıyır.

Monetar.az xəbər verir ki, Beynəlxalq Kişilər Günü ilk dəfə 1999-cu ildə Trinidad və Tobaqoda qeyd olunub. Sonrakı illərdə təşəbbüs Avstraliya, Şimali Amerika, Asiya, Avropa və Afrika ölkələrində də yayılıb.

Günün əsas məqsədlərindən biri kişilərin fiziki və psixoloji sağlamlığı ilə bağlı problemləri gündəmə gətirməkdir. Eyni zamanda, kişilərə qarşı ayrı-seçkiliyə diqqət çəkmək, müsbət kişi nümunələrini təşviq etmək və onların ailə həyatında, uşaqların tərbiyəsində və cəmiyyətin inkişafında rolunu ön plana çıxarmaq da bu günün əsas istiqamətlərindəndir.

Hazırda Beynəlxalq Kişilər Günü 60-dan çox ölkədə qeyd olunur. Bu ölkələr arasında ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Hindistan, Çin, Fransa, İtaliya, Pakistan, İrlandiya, Norveç, Danimarka, Cənubi Afrika Respublikası və Trinidad və Tobaqo da var.