Dünyanın 4 ən böyük audit şirkətinin gəlirləri 220 milyard dolları keçdi

Dünyanın 4 ən böyük audit şirkətinin gəlirləri

Dünyanın dörd ən böyük audit və konsaltinq şirkətinin ümumi gəlirləri 2025-ci maliyyə ilində 220 milyard dolları ötüb. Deloitte, PwC, EY və KPMG-dən ibarət "Big Four" qrupunun fəaliyyətində konsaltinq və məsləhət xidmətləri əsas gəlir mənbələrindən birinə çevrilib.

Monetar.az xəbər verir ki, bu şirkətlər ənənəvi audit xidmətləri ilə yanaşı, vergi strategiyası, şirkətlərin birləşməsi və satın alınması, kibertəhlükəsizlik və dövlət sektoruna xidmətlər sahəsində də fəaliyyət göstərirlər.

Süni intellekt və rəqəmsal transformasiya sahəsində biznes tələbinin artması da şirkətlərin gəlirlərinin yüksəlməsinə təsir edən amillər sırasındadır.