2026-cı ilin noyabrına olan məlumata görə, bazar dəyərinə görə dünyanın ən böyük bankı ABŞ-ın C.P. Morqan Çeyz bankıdır. 910,4 milyard dollar kapitallaşmaya malik bank ikinci və üçüncü yerlərdə qərarlaşan Çin banklarının ümumi bazar dəyərini 59 milyard dollar üstələyir.
Monetar.az xəbər verir ki, bu barədə “CompaniesMarketCap” məlumatları əsasında hazırlanan reytinqdə bildirilir.
Siyahıda ikinci yeri 470,7 milyard dollar bazar dəyəri ilə Çinin Tikinti Bankı tutur. Üçüncü sırada 380,7 milyard dollarla Çin Kənd Təsərrüfatı Bankı, dördüncü yerdə isə 355,9 milyard dollarla Çin Sənaye və Kommersiya Bankı qərarlaşıb. İlk beşliyi 348,5 milyard dollarlıq kapitallaşma ilə ABŞ-ın Amerika Bankı tamamlayır.
Reytinqin ilk 10-luğunda ABŞ və Çin banklarının üstünlüyü diqqət çəkir. Bu iki ölkə ümumilikdə 8 bankla təmsil olunur. İlk altılıqda isə dörd Çin bankı yer alıb.
Böyük Britaniyanın HSBC bankı 304,5 milyard dollarla yeddinci, Kanadanın Kral Bankı isə 280,5 milyard dollarla doqquzuncu sıradadır. Beləliklə, ABŞ və Çindən kənarda yalnız bu iki bank ilk 10-luğa düşüb.
HSBC 304,5 milyard dollarlıq bazar dəyəri ilə Avropanın ən dəyərli bankıdır. İspaniyanın Santander bankı 174,7 milyard dollarla 16-cı, İsveçrənin UBS bankı isə 146,8 milyard dollarla 21-ci yerdə qərarlaşıb. Fransa və Almaniyanın heç bir bankı ilk 25-likdə yer almayıb.
ABŞ-dan kənarda Asiyanın ən dəyərli bankı isə 244,8 milyard dollar kapitallaşma ilə Yaponiyanın Mitsubishi UFJ Maliyyə Qrupudur.
C.P. Morqan Çeyzin rəqiblərindən xeyli yüksək bazar dəyərinə malik olmasının əsas səbəblərindən biri yüksək gəlirliliyidir. Bank 2025-ci ildə 57 milyard dollar xalis mənfəət əldə edib və kapitalın gəlirliliyi 17 faiz təşkil edib. Onun gəlirləri istehlak bankçılığı, investisiya bankçılığı, ticarət və aktivlərin idarə edilməsi kimi müxtəlif istiqamətlərdən formalaşır.
Reytinqdəki nəticələr göstərir ki, bankın aktivlərinin həcmi onun bazar dəyərini müəyyən edən yeganə amil deyil. Məsələn, Çinin ən böyük dörd bankı aktivlərinin həcminə görə C.P. Morqan Çeyzi üstələsə də, bazar kapitallaşmasında ABŞ bankı liderliyini qoruyur.
Dünyanın ən dəyərli 25 bankının tam siyahısı belədir:
-
C.P. Morqan Çeyz (ABŞ) - 910,4 milyard dollar
-
Çin Tikinti Bankı (Çin) - 470,7 milyard dollar
-
Çin Kənd Təsərrüfatı Bankı (Çin) - 380,7 milyard dollar
-
Çin Sənaye və Kommersiya Bankı (Çin) - 355,9 milyard dollar
-
Amerika Bankı (ABŞ) - 348,5 milyard dollar
-
Çin Bankı (Çin) - 339,8 milyard dollar
-
HSBC (Böyük Britaniya) - 304,5 milyard dollar
-
Morgan Stanley (ABŞ) - 295,7 milyard dollar
-
Kanada Kral Bankı (Kanada) - 280,5 milyard dollar
-
Goldman Sachs (ABŞ) - 263,5 milyard dollar
-
Uells Farqo (ABŞ) - 257,4 milyard dollar
-
Mitsubishi UFJ Maliyyə Qrupu (Yaponiya) - 244,8 milyard dollar
-
Citigroup (ABŞ) - 205,3 milyard dollar
-
Toronto-Dominion Bank (Kanada) - 202,2 milyard dollar
-
Commonwealth Bank (Avstraliya) - 200 milyard dollar
-
Santander (İspaniya) - 174,7 milyard dollar
-
China Merchants Bank (Çin) - 173,6 milyard dollar
-
Charles Schwab (ABŞ) - 158,3 milyard dollar
-
DBS Group (Sinqapur) - 158 milyard dollar
-
Sumitomo Mitsui Maliyyə Qrupu (Yaponiya) - 152,9 milyard dollar
-
UBS (İsveçrə) - 146,8 milyard dollar
-
BBVA (İspaniya) - 141,8 milyard dollar
-
UniCredit (İtaliya) - 141,8 milyard dollar
-
HDFC Bank (Hindistan) - 132,3 milyard dollar
-
ICICI Bank (Hindistan) - 123,5 milyard dollar