Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 14-də Azərbaycana işgüzar səfər edəcək. O, oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək.
Monetar.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sammitdə dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Tədbirdə regional əməkdaşlığın genişləndirilməsi, rəqəmsallaşma və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Müşavirənin yekununda əməkdaşlığın inkişafı və möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin qəbul edilməsi gözlənilir.