“Şagird-məzun” sistemi üzrə 2026/2027-ci tədris ilinin təqvim planı təsdiqlənib

“Şagird-məzun” sistemi üzrə 2026/2027-ci tədris ilinin

2026/2027-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın təşkili ilə bağlı “Təqvim planı” təsdiqlənib.

Təqvim planı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən imzalanıb.

Sənədə əsasən, regional təhsil idarələri, rayon və şəhər təhsil şöbələri, təhsil sektorları, eləcə də ümumtəhsil müəssisələri şagirdlərin fərdi və təhsilə aid məlumatlarının cari tədris ili ərzində müəyyən edilmiş qrafikə uyğun olaraq sistemə daxil edilməsini təmin etməlidirlər.

Təqvim planı ilə Dövlət İmtahan Mərkəzinin rəsmi saytında tanış olmaq mümkündür.