Siyasət, idman, yoxsa səyahət? - 32 ölkədə maraq dairəsi araşdırılıb

Siyasət, idman, yoxsa səyahət? -

Dünyanın bir çox ölkəsində siyasət insanların əsas maraq dairəsinə daxil deyil. Braziliya və Filippində respondentlərin 40%-dən çoxu siyasətə maraq göstərdiyi halda, Səudiyyə Ərəbistanı, Malayziya və Birləşmiş Ərəb Əmirliklərində bu mövzu daha az maraq doğurur.

 Monetar.az xəbər verir ki, bu barədə Statista-nın 2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrınadək 32 ölkədə keçirdiyi Consumer Insights sorğusunda bildirilir.

 Araşdırmaya əsasən, siyasət sorğuda iştirak edən ölkələrin əksəriyyətində insanların 18 maraq sahəsi arasında aşağı sıralarda yer alıb. Səudiyyə Ərəbistanı və Malayziyada siyasət 16-cı, Birləşmiş Ərəb Əmirliklərində isə 15-ci yerdə qərarlaşıb.

 Braziliyada respondentlərin 41%-i, Filippində isə 36%-i siyasətə maraq göstərdiyini bildirib. Almaniyada da bu mövzuya maraq nisbətən yüksək olub və siyasət maraq sahələri arasında 7-ci yerdə qərarlaşıb.

 ABŞ-da respondentlərin 21%-i siyasət və cəmiyyəti maraq dairəsinə daxil edib. Fransada bu göstərici 19%, Yaponiyada isə 21% təşkil edib. Maraqlıdır ki, faiz göstəriciləri bir-birinə yaxın olsa da, Fransada siyasət maraq sahələri arasında 14-cü, Yaponiyada isə 8-ci yerdə qərarlaşıb.

 Sorğunun nəticələrinə görə, idman, film, musiqi və televiziya, yemək və restoranlar, eləcə də sağlamlıq və fitnes siyasətlə müqayisədə bütün araşdırılan ölkələrdə daha çox maraq doğurub. Səyahət də əksər ölkələrdə siyasətdən daha populyar mövzulardan biri olub.