2026-cı ildə ən sürətli iqtisadi artım Hindistanda gözlənilir

2026-cı ildə ən sürətli iqtisadi artım

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2026-cı ildə Hindistan iqtisadiyyatı 7%, Çin iqtisadiyyatı isə 4,5% artacaq. İnkişaf etmiş iqtisadiyyatlar arasında ABŞ üçün 2,3%, İspaniya üçün 2,5% artım gözlənilir.

Monetar.az xəbər verir ki, BVF-nin paylaşdığı proqnozlarda ölkələr üzrə iqtisadi artım göstəriciləri açıqlanıb.

Proqnoza əsasən, Avropanın aparıcı iqtisadiyyatlarında artım nisbətən zəif olacaq. Almaniya və Böyük Britaniyada iqtisadi artımın 1,3%, Fransada 0,4%, İtaliyada isə 0,8% təşkil edəcəyi gözlənilir.

Digər ölkələr üzrə göstəricilər belədir: Yaponiyada 0,7%, Kanadada 1,1%, Rusiyada 0,9%, Braziliyada 2,2%, Meksikada 1,5%, Nigeriyada 4,2%, Cənubi Afrikada isə 1% artım proqnozlaşdırılır.

Səudiyyə Ərəbistanı üçün isə 2026-cı ildə iqtisadi artım deyil, 3,3% azalma gözlənilir.

Beləliklə, təqdim olunan göstəricilər arasında Hindistan ən yüksək iqtisadi artım proqnozuna, Səudiyyə Ərəbistanı isə ən zəif nəticəyə malikdir.