Avropada inflyasiya: Rumıniya ilk sıradadır

Avropada inflyasiya:

Avropada son 12 ay üzrə inflyasiyanın ən yüksək olduğu ölkə Rumıniyadır. Ölkədə illik inflyasiya 9 faiz təşkil edib.

Monetar.az xəbər verir ki,  Kosovo 6,5 faizlə ikinci, Bolqarıstan isə 6,2 faizlə üçüncü yerdə qərarlaşıb.

İnflyasiyanın yüksək olduğu digər ölkələr arasında Xorvatiya (5,4 faiz), Lüksemburq (5,2 faiz), İslandiya (5 faiz), Litva və Şimali Makedoniya (hər biri 4,9 faiz) yer alıb.

Yunanıstan və Gürcüstanda illik inflyasiya 4,6 faiz, Belçikada 4,3 faiz, Slovakiyada isə 4 faiz olub.

İrlandiya və Norveçdə göstərici 3,6 faiz, İspaniyada 3,5 faiz, Sloveniyada 3,4 faiz təşkil edib. Estoniya, Avstriya və Portuqaliyada isə inflyasiya 3,3 faiz səviyyəsində olub.

Böyük Britaniyada illik inflyasiya 3,3 faiz, Polşada 3,2 faiz, Serbiyada 3,1 faiz, Kipr və Latviyada isə 3 faiz qeydə alınıb.

Almaniya, İtaliya və Monteneqroda inflyasiya 2,9 faiz, Fransada və Niderlandda 2,5 faiz, Maltada 2,4 faiz, Finlandiyada 2,3 faiz olub.

Macarıstanda göstərici 2,1 faiz, Çexiya və İsveçdə 1,5 faiz, Danimarkada 1 faiz təşkil edib.

Avropada ən aşağı illik inflyasiya İsveçrədə qeydə alınıb – 0,6 faiz.

Məlumatda qeyd olunur ki, həm Avropa Mərkəzi Bankının, həm də İngiltərə Bankının illik inflyasiya hədəfi 2 faizdir. Avropada enerji qiymətlərinin artmasına Ukrayna və Yaxın Şərqdəki geosiyasi münaqişələrin təsir göstərdiyi bildirilir.