2026-cı ilin yanvar–may aylarında Azərbaycanın iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin dövrdə ümumi daxili məhsul (ÜDM) 51 milyard 783,8 milyon manat təşkil edib.
Müqayisəli göstəricilərə əsasən, 2026-cı ilin yanvar–may aylarında ÜDM-in real artım tempi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,0 faiz səviyyəsində qeydə alınıb. Yanvar–aprel ayları üzrə isə artım 0,2 faiz olub.
Rəqəmlər ölkə iqtisadiyyatında artım dinamikasının son aylarda sabitləşdiyini göstərir.
MONETAR.AZ