2025-ci ildə Azərbaycanda milli hesablar sistemində əks olunan subsidiyaların həcmi 197,6 milyon manat təşkil edib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə bu göstərici 240,7 milyon manat olub. Beləliklə, bir ildə subsidiyaların məbləği 43,1 milyon manat və ya 17,9 faiz azalıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə subsidiyaların həcmi 162,6 milyon manat təşkil edib. 2022-ci ildə bu rəqəm 213,7 milyon manata yüksəlib, 2023-cü ildə 210 milyon manat, 2024-cü ildə isə 240,7 milyon manat olub.