Dövlət Neft Fondunun qızıl ehtiyatları 178,1 tona düşüb

Dövlət Neft Fondunun qızıl ehtiyatları

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyatları bu ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azalaraq 178,1 ton təşkil edib.

AZƏRTAC ARDNF-nin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki,  ARDNF-nin 74 milyard 3 milyon dollarlıq ABŞ dolları portfelinin 23 milyard 934,7 milyon dolları qızıl investisiyalarının payına düşüb. Bu, portfelin 32,3%-ni təşkil edir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Fondun qızıl ehtiyatları 184,8 ton olub.