Dünya valyuta ehtiyatlarının yarıdan çoxu dollardadır

Dünya valyuta ehtiyatlarının

Dünya üzrə mərkəzi bankların valyuta ehtiyatlarının 57,13 faizi ABŞ dollarında saxlanılır. Dolların payı ikinci sırada qərarlaşan avronun payından təxminən 3 dəfə çoxdur.

Monetar.az xəbər verir ki, qlobal valyuta ehtiyatlarında avronun payı 20,03 faiz, Yapon yeninin 5,44 faiz, Britaniya funt sterlinqinin 4,40 faiz, Kanada dollarının 2,48 faiz, Avstraliya dollarının 2,11 faiz təşkil edir.

Çin yuanının qlobal valyuta ehtiyatlarındakı payı 1,99 faiz, İsveçrə frankının payı isə 0,24 faizdir. Digər valyutaların ümumi payı 6,18 faiz təşkil edir.

Beləliklə, ABŞ dolları və avro birlikdə mərkəzi bankların bölüşdürülmüş valyuta ehtiyatlarının 77 faizindən çoxunu təşkil edir. Qalan valyutalar isə ehtiyatların təxminən 23 faizini bölüşür.

Son illərdə bir sıra ölkələrin dollar asılılığını azaltmaq və alternativ valyutalardan istifadəni artırmaq istiqamətində addımlar atmasına baxmayaraq, dollar beynəlxalq ehtiyat valyutası kimi mövqeyini qoruyur.