Azərbaycanda ixracın qiyməti idxaldan da sürətli artır

Azərbaycanda ixracın qiyməti

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan məhsulların qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz artıb. 

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin iyul ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 0,2 faiz, 2025-ci ilin iyul ayı ilə müqayisədə isə 23,8 faiz artıb.

İxrac olunan məhsulların qiymət indeksi də iyul ayında illik müqayisədə əhəmiyyətli artım göstərib. İndeks əvvəlki ayla müqayisədə 0,2 faiz azalsa da, ötən ilin müvafiq ayına nisbətən 28,7 faiz yüksəlib.

Qeyri-neft-qaz ixracında qiymət artımı isə daha yüksək olub. Bu məhsulların qiymət indeksi iyul ayında aylıq ifadədə 1,3 faiz azalsa da, illik müqayisədə 48,7 faiz artıb. 2026-cı ilin yanvar-iyul aylarında isə qeyri-neft-qaz məhsullarının ixrac qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46 faiz yüksəlib.

Bu göstəricilər Azərbaycan ixracında, xüsusilə qeyri-neft-qaz məhsulları üzrə qiymət amilinin əhəmiyyətli rol oynadığını göstərir. Eyni zamanda, idxal məhsullarının qiymətlərinin də 27,3 faiz artması xaricdən alınan malların qiymətinin ölkə üçün əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə bahalaşdığını göstərir.

Qeyd edək ki, 2026-cı ilin avqust ayında Azərbaycana idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 364,36 manat təşkil edib.