Hansı daha güclüdür - BRICS, yoxsa G7?

Hansı daha güclüdür -

BRICS ölkələrinin ümumi ÜDM-i 35,18 trilyon dollar, G7 ölkələrinin isə 55,32 trilyon dollar təşkil edir. Beləliklə, G7 ölkələrinin ümumi iqtisadi həcmi BRICS-dən təxminən 20,1 trilyon dollar çoxdur.

Monetar.az xəbər verir ki, müqayisəyə əsasən, BRICS ölkələri arasında ən böyük iqtisadiyyat 20,85 trilyon dollar ÜDM ilə Çindir.

Hindistan 4,15 trilyon dollarla BRICS-də ikinci, Rusiya 2,66 trilyon dollarla üçüncü, Braziliya isə 2,64 trilyon dollarla dördüncü yerdə qərarlaşıb. İndoneziyanın ÜDM-i 1,54 trilyon dollar, Səudiyyə Ərəbistanının 1,39 trilyon dollar təşkil edir.

Birləşmiş Ərəb Əmirliklərinin ÜDM-i 621,55 milyard dollar, Cənubi Afrikanın 479,96 milyard dollar, Misirin 429,65 milyard dollar, İranın 300,29 milyard dollar, Efiopiyanın isə 121,53 milyard dollar göstərilir.

G7 ölkələri arasında ABŞ 32,38 trilyon dollarla ən böyük iqtisadiyyata malikdir. Almaniyanın ÜDM-i 5,45 trilyon dollar, Yaponiyanın 4,38 trilyon dollar, Böyük Britaniyanın 4,26 trilyon dollar təşkil edir.

Fransanın ÜDM-i 3,60 trilyon dollar, İtaliyanın 2,74 trilyon dollar, Kanadanın isə 2,51 trilyon dollar səviyyəsindədir.

Beləliklə, təqdim olunan göstəricilərə görə BRICS ölkələrinin ümumi ÜDM-i G7 ölkələrinin ümumi iqtisadi həcminin təxminən 64 faizinə bərabərdir.