Mnik və yük avtomobilləri istehsalı azalıb

Mnik və yük avtomobilləri

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda maşın və avadanlıqların, eləcə də avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində ümumilikdə azalma meyilləri müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bəzi məhsul növləri üzrə istehsal həcmi aşağı düşüb, yalnız məhdud sahələrdə nisbətən sabit dinamika qeydə alınıb.

Maşın və avadanlıqların istehsalı sektorunda nasos istehsalı 7,7 faiz azalaraq 2332 ədəd təşkil edib. Bu kateqoriya daxilində ştanqlı quyu nasoslarının istehsalı daha kəskin azalaraq 1625 ədədə düşüb ki, bu da 21,2 faizlik geriləmə deməkdir.

Traktor istehsalında da azalma qeydə alınıb. Hesabat dövründə 217 traktor istehsal olunub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz azdır. Kran, qapaq və klapanlar üzrə istehsal isə daha ciddi eniş göstərib – bu sahədə istehsal həcmi 75,1 faiz azalaraq 42,4 ton təşkil edib.

Avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahəsində də azalma meyilləri müşahidə olunur. Minik avtomobillərinin istehsalı 18,3 faiz azalaraq 1677 ədəd olub. Yük avtomobillərinin istehsalında isə daha kəskin geriləmə qeydə alınıb – bu göstərici 92,2 faiz azalaraq 342 ədədə düşüb. Avtobus istehsalı da ciddi şəkildə azalaraq 4,3 faiz səviyyəsinə enib və 193 ədəd təşkil edib.

Hazır məhsul ehtiyatlarına gəldikdə, iyunun 1-nə olan vəziyyətə əsasən nasoslar üzrə ehtiyat 239 ədəd, minik avtomobilləri üzrə 261 ədəd, yük avtomobilləri üzrə isə 11 ədəd təşkil edib. Avtobuslar üzrə ehtiyat 34 ədəd qeydə alınıb.

Ümumilikdə göstəricilər maşınqayırma və avtomobil sənayesində istehsalın əsasən daralma tendensiyası göstərdiyini, bəzi seqmentlərdə isə istehsalın minimal səviyyədə saxlandığını nümayiş etdirir.

MONETAR.AZ