İsraildə 2026-cı ilin mart ayında illik inflyasiya səviyyəsi 1,9 faiz təşkil edib. Bu göstərici fevral ayında qeydə alınmış 2 faizdən aşağı olmaqla yanaşı, analitiklərin proqnozlaşdırdığı 2,1 faizdən də geri qalıb.
Məlumata görə, inflyasiya artıq doqquz aydır ki, ölkənin Mərkəzi Bankının müəyyən etdiyi 1-3 faiz hədəf diapazonunda qalır.
Qiymət artım tempində zəifləmə əsasən bir sıra sahələrdə müşahidə olunub. Belə ki, mənzil sektoru üzrə artım 3,8 faizə (əvvəlki ay 4,2 faiz), müxtəlif mal və xidmətlər üzrə 3,5 faizə (3,9 faiz), səhiyyə sahəsində 1,9 faizə (2,1 faiz), təhsil, mədəniyyət və əyləncə sektorunda isə 0,7 faizə (1,3 faiz) enib.
Eyni zamanda, geyim və ayaqqabı kateqoriyasında qiymətlərin azalması davam edib və bu sahədə illik eniş 7,8 faiz səviyyəsində qalıb.
Bununla yanaşı, bəzi istiqamətlərdə qiymət artımı sürətlənib. Qida məhsulları, o cümlədən meyvə-tərəvəz üzrə qiymətlər 2,5 faiz (əvvəl 2,3 faiz), nəqliyyat və rabitə xidmətləri isə 0,7 faiz (0,4 faiz) artıb.
Aylıq müqayisədə isə istehlak qiymətləri indeksi mart ayında 0,4 faiz yüksəlib. Bu göstərici fevral ayında qeydə alınmış 0,2 faizlik artımdan yüksəkdir.
MONETAR.AZ