2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft məhsullarının ən çox ixrac edildiyi ölkələrin siyahısı açıqlanıb.
“İxrac icmalı”na əsasən, hesabat dövründə Rusiya Federasiyasına 306,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunub. Bununla da Rusiya Azərbaycanın ən böyük qeyri-neft ixrac bazarı statusunu qoruyub.
Siyahıda ikinci yerdə 219,2 milyon ABŞ dolları ilə Türkiyə, üçüncü yerdə isə 175,8 milyon ABŞ dolları ilə Gürcüstan qərarlaşıb. İsveçrəyə 139,5 milyon ABŞ dolları, Ukraynaya isə 56 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib.
Təkcə aprel ayında Rusiyaya 94,9 milyon ABŞ dolları, Türkiyəyə 79,3 milyon ABŞ dolları, Gürcüstana 55,1 milyon ABŞ dolları, İsveçrəyə 36,1 milyon ABŞ dolları və Ukraynaya 13,5 milyon ABŞ dolları dəyərində məhsul göndərilib.
Məlumatlar Azərbaycanın qeyri-neft ixracında region ölkələrinin və ənənəvi tərəfdaş bazarların üstün mövqeyini qoruduğunu göstərir.
MONETAR.AZ