Türkiyə və Suriya rəhbərliyi İdlibdə birgə azad iqtisadi zona yaradılması ilə bağlı danışıqlar aparır.
Bu barədə Anadolu Agentliyi-nə müsahibəsində Suriya prezidenti Əhməd əş-Şaraa bildirib.
Onun sözlərinə görə, layihə Suriya-Türkiyə əməkdaşlığı əsasında prioritet sənaye sahələrinin inkişafını nəzərdə tutur. O qeyd edib ki, İdlib Türkiyə sərhədinə yaxınlığı və regionu Dəməşq, Hələb və Latakiya ilə birləşdirən əsas nəqliyyat marşrutlarının mövcudluğu səbəbindən optimal məkan kimi qiymətləndirilir.
Əş-Şaraa həmçinin bildirib ki, Suriya hakimiyyəti Türkiyə tərəfdaşlarının dəstəyi ilə ölkənin hava və dəniz infrastrukturunun bərpasına investisiya yatırır. Bu addım ölkənin logistika imkanlarının genişləndirilməsinə xidmət edəcək.