Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 2026-cı il avqustun 31-nə 62 milyard 475,9 milyon manata çatıb.
Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin avqust ayı üzrə statistik məlumatlarına əsasən, ay ərzində bankların aktivləri 2,5% artıb.
Hesabat dövrünün sonunda bankların cəmi öhdəlikləri 54 milyard 722,7 milyon manat, balans kapitalı isə 7 milyard 753,2 milyon manat təşkil edib. Avqust ayında öhdəliklər 2,6%, balans kapitalı isə 1,4% artıb.
Avqustun sonuna Azərbaycanda 21 bank fəaliyyət göstərib. Bankların 508 filialı, 80 şöbəsi və 3 507 ATM-i olub. Sektorda çalışanların sayı ay ərzində 218 nəfər artaraq 27 773 nəfərə yüksəlib.
Bank sektorunda müşahidə olunan artım aktivlərin, kredit portfelinin və depozitlərin genişlənməsi ilə müşayiət olunub.
MONETAR.AZ