Azərbaycanda sığorta ödənişləri yığımları 3,7 dəfə üstələyib

  Azərbaycanda sığorta ödənişləri yığımları

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta bazarı üzrə ödənişlərin həcmi 882,7 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 198,8 milyon manat və ya 29,1% çoxdur.

Monetar.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, hesabat dövründə sığorta şirkətlərinin topladığı haqlar da artıb. Lakin ödənişlərin artım tempi sığorta yığımlarını xeyli üstələyib.

2026-cı ilin ilk 9 ayında sığorta şirkətləri 1 milyard 248,5 milyon manat sığorta haqqı toplayıblar. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 157,3 milyon manat təşkil edib. Beləliklə, sığorta yığımları il ərzində 91,2 milyon manat və ya 7,9% artıb.

Müqayisə üçün, eyni dövrdə sığorta ödənişləri 683,9 milyon manatdan 882,7 milyon manata yüksəlib. Nəticədə ödənişlərin illik artım tempi yığımların artım tempindən təxminən 3,7 dəfə yüksək olub.

Sığorta bazarında diqqət çəkən məqamlardan biri ödənişlərin toplanan haqlara nisbətinin yüksəlməsidir.

2025-ci ilin yanvar-sentyabr aylarında şirkətlərin topladığı hər 100 manat sığorta haqqına təxminən 59,1 manat ödəniş düşürdüsə, 2026-cı ilin eyni dövründə bu rəqəm 70,7 manata çatıb.

Beləliklə, ödənişlərin yığımlara nisbəti bir il ərzində 11,6 faiz bəndi artıb.