Azərbaycanlıların kredit tələbi artır

Azərbaycanlıların kredit

Bankların kredit portfeli 5 ayda 2,7 faiz artıb

Azərbaycan banklarının kredit portfelində 2026-cı ilin ilk 5 ayında artım qeydə alınıb.  Mərkəzi Bankın məlumatına görə bank sektorunun ümumi kredit portfeli 2025-ci il dekabrın 31-də 30,06 milyard manat olduğu halda, 2026-cı il mayın 31-də 30,89 milyard manata yüksəlib. Bu, 822,8 milyon manat və ya 2,7 faiz artım deməkdir.

Biznes kreditləri 16,1 milyard manatdan 16,4 milyard manata yüksəlib. Artım 295,4 milyon manat və ya 1,8 faiz təşkil edib.

İstehlak kreditləri 9,35 milyard manatdan 9,78 milyard manata çatıb. Artım 421,7 milyon manat və ya 4,5 faiz olub.

İpoteka kreditləri 4,60 milyard manatdan 4,71 milyard manata yüksəlib. Bu istiqamətdə artım 105,7 milyon manat və ya 2,3 faiz təşkil edib.

Ümumi kredit portfelində ən böyük pay yenə də biznes kreditlərinin payına düşür. Bununla yanaşı, ilk 5 ay ərzində ən yüksək artım tempi istehlak kreditlərində qeydə alınıb.

Bank sektorunda kredit portfelinin genişlənməsi iqtisadi aktivliyin və maliyyələşməyə tələbin davam etdiyini göstərir.

MONETAR.AZ