Azərbaycan bank sektorunda kredit əməliyyatlarından əldə olunan gəlirlər 2026-cı ilin mayında artıb. Mərkəzi Bankın məlumatına görə bankların kreditlər üzrə faiz gəlirləri 2025-ci ilin mayında 1,54 milyard manat olduğu halda, 2026-cı ilin mayında 1,82 milyard manata yüksəlib.
Eyni zamanda bankların ümumi faiz gəlirləri 1,95 milyard manatdan 2,25 milyard manata çatıb.
Bankların faiz xərcləri də artıb. Depozitlər üzrə ödənilən faizlər 498,6 milyon manatdan 603,6 milyon manata yüksəlib. Bunun əsas hissəsini müddətli depozitlər üzrə faiz ödənişləri təşkil edib.
Bununla belə, gəlirlərin artımı xərclərin artımını üstələyib və nəticədə bankların xalis faiz gəliri yüksəlib.
MONETAR.AZ