Azərbaycan bank sektorunda müddətli əmanət yerləşdirən unikal müştərilərin sayında artım müşahidə olunub.
2026-cı il mayın 31-nə bank sektorunda müddətli əmanətçilərin sayı 216 min 124 nəfər təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 51 min 63 nəfər artıb.
Beləliklə, müddətli əmanətçilərin sayı bir il ərzində 30,9 faiz yüksəlib.
2025-ci il mayın 31-də banklarda müddətli əmanəti olan unikal FİN müştərilərinin sayı 165 min 61 nəfər olub.
MONETAR.AZ