bp Azərbaycandakı layihələrə indiyədək böyük həcmdə sərmayə yatırıb

bp Azərbaycandakı layihələrə indiyədək böyük həcmdə

bp şirkəti və onun tərəfdaşları indiyədək Azərbaycanda həyata keçirilən layihələrə ümumilikdə 89 milyard ABŞ dollarından çox sərmayə yatırıblar.

AZƏRTAC-ın bp-nin məlumatına istinadən verdiyi xəbərə görə, şirkət fəaliyyətə başladığı vaxtdan etibarən özü və operatoru olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədə həyata keçirilən sosial investisiya layihələrinə 115 milyon ABŞ dollarından çox vəsait yönəldib.

Bildirilib ki, bp-nin sosial investisiyaları əsasən yerli potensialın inkişafı, təhsil, icmaların dəstəklənməsi, yerli sahibkarlığın təşviqi, ətraf mühitin mühafizəsi, idman sahəsinin inkişafı, eləcə də Azərbaycanın zəngin mədəni irsinin tədqiqi və təbliği istiqamətlərini əhatə edir.