ABŞ dollarının alıcılıq qabiliyyəti son 55 ildə əhəmiyyətli dərəcədə azalıb. Eyni dövrdə qızılın unsiya üzrə qiyməti 1971-ci ildəki 35 dollardan 2026-cı ildə təxminən 4 400 dollara yüksəlib.
Monetar.az xəbər verir ki, təqdim olunan qrafikdə ABŞ dollarının 1971-2026-cı illərdə nisbi alıcılıq qabiliyyətinin dəyişməsi və eyni dövrdə qızılın qiymətinin dinamikası müqayisə edilir.
Qrafikə əsasən, 1971-ci ildə qızılın bir unsiyası 35 dollar olub. 1980-ci ildə qiymət 600 dollara yaxınlaşıb, 2000-ci illərin əvvəlində isə 300-400 dollar aralığında olub.
2010-cu ildən sonra qızılın qiymətində daha sürətli artım müşahidə olunub. 2020-ci ildə qiymət 2000 dollara yaxınlaşıb, sonrakı illərdə isə 4000 dollar səviyyəsini keçib.
2026-cı ildə qızılın qiyməti qrafikdə təxminən 4400 dollar göstərilir. Bu, 1971-ci illə müqayisədə təxminən 126 dəfə yüksək qiymətdir.
Qrafikin yuxarı hissəsində isə dolların alıcılıq qabiliyyətinin 1971-ci ildən 2026-cı ilədək davamlı şəkildə azalması əks etdirilir.