Dünyada debet kart sahibliyi artıb – ölkələr üzrə göstəricilər

Dünyada debet kart sahibliyi artıb –

Dünyanın ən böyük iqtisadiyyatlarında debet kart sahibliyi son 10 ildə əhəmiyyətli dərəcədə artıb. 2025-ci ildə İsveç, Danimarka və Niderland kimi ölkələrdə əhalinin 97-98 faizinin debet kartı olduğu halda, bəzi ölkələrdə bu göstərici 60-70 faiz arasında qalıb.

Monetar.az xəbər verir ki, Dünya Bankı Qrupunun məlumatları əsasında ÜDM-ə görə 30 ən böyük iqtisadiyyatında debet kart sahibliyi müqayisə olunub.

Ən yüksək göstərici İsveçdə qeydə alınıb – əhalinin 98 faizinin debet kartı olub. Danimarka və Niderlandda bu göstərici 97 faiz, Belçika və Norveçdə 96 faiz, Böyük Britaniyada isə 96 faiz təşkil edib.

ABŞ-da debet kart sahibliyi 87 faizə çatıb. Bu göstərici 2014-cü ildə 76 faiz olub. Almaniyada 95 faiz, Kanadada 94 faiz, Fransada 93 faiz, Avstraliyada 92 faiz və Yaponiyada 91 faiz təşkil edib.

Çində debet kart sahibi olanların payı 2014-cü ildəki 49 faizdən 2024-cü ildə 81 faizə yüksəlib. Cənubi Koreyada göstərici 67 faizdən 80 faizə, Malayziyada 41 faizdən 80 faizə, Türkiyədə isə 43 faizdən 79 faizə çatıb.

Braziliyada debet kart sahibliyi 74 faiz, Rusiyada 72 faiz, Rumıniyada 65 faiz, Vyetnamda 65 faiz, Argentinada isə 64 faiz təşkil edib.

Ən yüksək artımlardan biri Vyetnamda qeydə alınıb. Burada göstərici 10 il ərzində 27 faizdən 65 faizə yüksəlib. Çində isə artım 32 faiz bəndi təşkil edib.