İnternet üzərindən əl işlərinin satışı artıq vergiyə cəlb olunacaq

İnternet üzərindən əl işlərinin satışı artıq

İqtisadiyyat Nazirliyi Kollegiyasının “vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra normativ-hüquqi aktların təsdiqi haqqında” qərarında dəyişikliklər edib.

Müvafiq qərarı nazir Mikayıl Cabbarov imzalayıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron ticarət çərçivəsində əl işlərinin satışından əldə olunan gəlirlər barədə vergi orqanlarına bəyannamələr təqdim edəcək. Bu gəlirlərdən xərclər çıxılmadan 2% dərəcə ilə vergi tutulacaq.

Eyni zamanda, belə satışlarla bağlı avtomatlaşdırılmış vergi informasiya sistemi xaricində kameral və səyyar vergi yoxlamalarının aparılması da nəzərdə tutulur.