İsveç Statistika İdarəsinin açıqladığı məlumata görə, ölkədə sabit faiz dərəcəli istehlak qiymətləri indeksi (CPIF) iyun ayında illik ifadədə 1,3% artıb.
Bu göstərici analitiklərin 1,2%-lik proqnozunu üstələyib. İpoteka faizlərindəki dəyişikliklərin təsirini nəzərə almayan CPIF göstəricisi İsveç Mərkəzi Bankının inflyasiyanı qiymətləndirərkən əsas istinad etdiyi indikatorlardan biri hesab olunur.
Enerji daşıyıcılarının qiymətlərini istisna edən və qiymət dinamikasının daha sabit mənzərəsini əks etdirən baza inflyasiyası isə iyun ayında illik müqayisədə 0,4% səviyyəsində qeydə alınıb.
İsveç Statistika İdarəsinin rəsmisi Mikael Nordin bildirib ki, iyun ayında inflyasiyanın zəifləməsində əsas rol ərzaq məhsullarının ucuzlaşması və nəqliyyat xərclərinin azalması oynayıb. Bu amillər ümumi qiymət artımı tempinin məhdudlaşmasına səbəb olub.
MONETAR.AZ