İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Dövlət Vergi Xidmətinin məlumatına görə, indiyədək ölkə üzrə 114 501 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
Qeyd olunur ki, yeni nəsil NKA-ların tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyə üzərində nəzarətin gücləndirilməsinə imkan yaradıb.
Cari ilin yanvar–iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14 milyard 779,5 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 923,4 milyon manat və ya 15% çoxdur.
