Kanada dolları sonuncu dəfə 19 ay əvvəl belə ucuz olub

Kanada dolları sonuncu dəfə

Kanada dolları ABŞ valyutası qarşısında zəifləyərək son 19 ayın ən aşağı səviyyəsinə enib. ABŞ dollarının məzənnəsi 1,43 Kanada dollarına çatıb.

Monetar.az xəbər verir ki, bu, 2025-ci ilin aprelindən bəri qeydə alınan ən aşağı göstəricidir.

Son dörd həftədə ABŞ dolları Kanada dolları qarşısında 1,35%, son 12 ayda isə 1,75% bahalaşıb.