Neftin qiyməti 85 dollara düşdü

 Neftin qiyməti 85

Dünya bazarında xam neftin qiyməti bazar ertəsi günü təxminən 2% ucuzlaşaraq bir barel üçün 88 dollardan aşağı enib. Bununla da əvvəlki həftə qeydə alınan 2,5%-lik eniş davam edib.

Monetar.az xəbər verir ki, qiymətlərin düşməsinə Yaxın Şərqdən neft tədarükünün bərpası və fiziki bazarda təklifin kifayət qədər olması təsir göstərib. Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna görə, regiondan ixracın qlobal tələbatdan daha sürətlə bərpa olunması nəticəsində dünya neft bazarında ilin dördüncü rübündə təklif artıqlığı yarana bilər.

Çində tələbatın zəifləməsi də qiymətlərə təzyiq göstərib. Ölkədə neft emalı zavodlarının oktyabr ayı üzrə emal həcmi azalıb.

Bununla yanaşı, Yaxın Şərqdə geosiyasi risklər yüksək olaraq qalır. İran bazar günü Bəhreyndəki ABŞ helikopter bazasına zərbə endirib. Bu, İranın bir neçə həftə ərzində Fars körfəzi ölkəsinə ilk hücumu olub.

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə bazar ertəsi iki neft tankerinin Hörmüz boğazında minaya düşdüyünü və partlayışların baş verdiyini açıqlayıb. Hadisə dünya neft tədarükü üçün mühüm əhəmiyyət daşıyan bu marşrutun təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən artırıb.