Böyük Britaniyada alüminium fyuçerslərinin qiyməti bir ton üçün 2 980 dollara düşərək 2026-cı ilin ən aşağı səviyyəsini qeydə alıb. Ucuzlaşmaya qlobal bazarda təklifin artacağı ilə bağlı gözləntilər təsir göstərib.
Monetar.az xəbər verir ki, Çində alüminium istehsalı yüksək səviyyədə qalır. Hökumətin illik 45 milyon tonluq istehsal gücü məhdudiyyətinə baxmayaraq, ölkədə bu il ümumi istehsalın rekord həddə - 46 milyon tonu keçəcəyi gözlənilir.
Daxili istehsal gücünü genişləndirmək imkanları məhdud olduğundan Çin şirkətləri xarici ölkələrdə yeni zavodların tikintisinə yönəlirlər. Cənub-Şərqi Asiya, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikada illik ümumi gücü ən azı 15 milyon ton olacaq yeni ilkin alüminium istehsalı layihələri planlaşdırılır. İndoneziya bu genişlənmənin əsas istiqamətlərindən birinə çevrilib.
Yeni istehsal güclərinin istifadəyə verilməsi və Yaxın Şərqdə alüminium istehsalının tədricən bərpası qlobal bazarda təklifin artmasına səbəb ola bilər. Proqnozlara görə, bu il 1,1 milyon ton həcmində təklif kəsiri gözlənilən dünya alüminium bazarı gələn il 830 min ton profisitə keçə bilər.