Ketrin Mann: Britaniyada inflyasiya iqtisadiyyatda dərin kök salıb

Ketrin Mann: Britaniyada inflyasiya iqtisadiyyatda

İngiltərə Bankının nümayəndəsi Ketrin Mann bildirib ki, Böyük Britaniyada inflyasiyanın tənzimləyicinin 2%-lik hədəfindən yüksək olması artıq iqtisadiyyatda dərin kök salıb.

O, “TS Lombard” iqtisadi məsləhətçilərinin təşkil etdiyi konfransda çıxışı zamanı inflyasiyanın vəzifədə olduğu bütün dövr ərzində hədəf göstəricini üstələdiyini qeyd edib.

Mannın sözlərinə görə, inflyasiya artıq iqtisadi sistemin ayrılmaz hissəsinə çevrilib.

İngiltərə Bankının nümayəndəsi xüsusilə ilin əvvəlində inflyasiyanın 4%-ə çatacağı ilə bağlı proqnozlardan narahatlığını ifadə edib. Onun sözlərinə görə, bu dövr işəgötürənlərlə işçilər arasında əməkhaqlarının yenidən nəzərdən keçirilməsi və indeksləşdirilməsi ilə bağlı danışıqların intensivləşdiyi vaxta təsadüf edir.

Mann hesab edir ki, əməkhaqlarının artımı ilə qiymətlərin yüksəlməsi arasında qarşılıqlı təsirin güclənməsi inflyasiyanın daha uzun müddət yüksək səviyyədə qalmasına səbəb ola bilər.

MONETAR.AZ