Meksikanın Mərkəzi Bankı bazar iştirakçılarının gözləntilərinin əksinə olaraq faiz dərəcəsini azaldıb.
Monetar.az xəbər verir ki, Banxico noyabr iclasında əsas faiz dərəcəsini 0,25 faiz bəndi aşağı salaraq 6,25%-ə endirib.
Qərar inflyasiyanın azalması və iqtisadiyyatda tələbatın zəifləməsi ilə əsaslandırılıb. Bununla belə, bank 2026-cı ilin son rübü üzrə ümumi və baza inflyasiya proqnozlarını bir qədər yüksəldib.
Qurum inflyasiyanın 2027-ci ilin son rübündə 3%-lik hədəfə çatacağını gözləyir.